Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi

Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda

Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda

Azərbaycan müdafiə naziri Zakir Həsənov Ermənistanda müdafiə nazirinin keçmiş müavini, oliqarx və general-deputat Manvel Qriqoryanla bağlı rüsvayçı hadisəyə münasibət bildirib.

Nazir virtualaz.org-un əməkdaşının sualına cavab olaraq bildirib ki, Azərbaycan ərazilərində hərbi cinayətlər törətmiş Manvel Qriqoryanın Qarabağa əsgərlərə göndərilmək üçün məktəblilərin topladıqları ərzağı daşıyıb öz evinə yığmasını görəndə bundan təəcüblənməyib.

“Mən bu rüsvayçılığı izlədim. Qarabağda azərbaycanlı qadınlara, uşaqlara, qocalara qarşı xüsusi vəhşiliyi ilə ad çıxarmış birindən başqa nə gözləyirdiniz? Hərbçi kimi mən gördüklərimdən heyrətə gəldim, əsgərlərə göndərilmək üçün məktəblilərin topladığı ərzaq bağalamaları, onların içərisindən tapılan və uşaqların yazdığı məktublar, bunlara necə izah vermək olar? O, insan deyil, mən ona insan deməzdim. Bu adamın Qarabağda hansı vəhşiliklər törətdiyi bizə yaxşı məlumdur, indi erməni xalqı ondan başqa nə gözləyirdi ki? Manvel və onun kimiləri qəhrəman deyil, onlar erməni xalqının bədbəxtliyinin baiskarlarıdır. Bu adamlar müharibəni də qarət naminə, varlanmaq naminə aparıblar”-Azərbaycan müdafiə naziri bildirib.

Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda


Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Manvel Qriqoryanın malikanəsindən 2016-cı ilin aprelində Qarabağda əsgərlərə göndərilmək üçün toplanan böyük miqdarda ərzaq yardımları, o cümlədən Rusiya ermənilərinin göndərdiyi yardımları, hərbi təyinatlı avtomobil texnikalarını və böyük miqdarda silah-sursat aşkar edib. Məlum olub ki, evində axtarış başlayanda-iyunun 16-da Manvel Eçmiədzin meri olan oğluna zəng vuraraq tez malikanəyə getməyi və orada tapılanların hamısını üzərinə götürməyi tapşırıb. Manvelin bu telefon danışığı dinlənilib. Habelə həmin gün onun arvadının göstərişi ilə “Yerkrapa”nın İrəvandakı anbarlarından iki maşın dolu mal əti konservləri çıxarılıb və yolda polis tərəfindən yüklər saxlanılıb.

Habelə məlum olub ki, Manvel Qriqoryan “Əsgər payı” markalanması ilə ət konservlərinin bir hissəsini də Azərbaycanın işğal altında olan ərazilərində gizlədib.

Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda


Bu məlumatı Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb. Məlumata görə iyunun 20-də Dağlıq Qarabağda Manvel Qriqoryanın zəbt etdiyi “Ara ler” adlandırılan ərazidə axtarış-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində həmin yerdən ət konserv bankalrı ilə yanaşı, satış üçün nəzrədə tutulmayan başqa ərzaq məhsulları və mallar aşkarlanıb.

General Manvel Qriqoryan 90-cı illərin əvvəllərində Qarabağın cənubunun işğal edilməsinə başçılıq edib, o, “cəllad” ləqəbi ilə tanınıb və 1999-cu ilə qədər işğal edilmiş Füzuli ərazilərində briqadası ilə mövqe tutub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *