İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşı saxlanıldı
İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşı milyonlarla dollar dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.
İsrail KİV-i xəbər verir ki, bunu yerli polis idarəsinin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, nazirliyin adı açıqlanmayan əməkdaşı və daha 3 şübhəli artıq sorğu-sual edilib.
Polisdən bildirilib ki, onlar TSAXAL və Müdafiə Nazirliyinin infrastrukturları üçün nəzərdə tutulan vəsaitləri mənimsəməkdə şübhıli bilinirlər. Müdafiə Nazirliyinin məmuru hüquq-mühafizə orqanlarına icra olunan işin həcmi barədə yanlış məlumat verib.
Polisdən bildirilib ki, saxlanılanlara dələduzluq, rüşvətxorluq, ictimai etmadı doğrultmamaq və başqa cinayətlərlə bağlı ittiham irəli sürülə bilər.
Mənbə:> Report