ABŞ kəşfiyyatı: İran bölgədə ən böyük ballistik raket arsenalına malikdir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

ABŞ kəşfiyyatı: İran bölgədə ən böyük ballistik raket arsenalına malikdir

ABŞ kəşfiyyatı: İran bölgədə ən böyük ballistik raket arsenalına malikdir



İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Konqresin Senatında dinləmələr zamanı ABŞ milli kəşfiyyat rəhbəri Deniel Kouts bildirib.


“İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir və ölkə hüdudlarından 2 min kilometrədək kənarda yerləşən hədəflərə zərbələr endirə bilər. Tehranın hərbi potensialı ABŞ-a, ölkənin bölgədəki qoşunlarına və müttəfiqlərinə təhlükə yaradır”, - deyə Deniel Kouts bildirib.


Onun sözlərinə görə, İran, ABŞ-ın bölgədəki hərbi obyektlərini nişangahda saxlamaq üçün silah sistemləri yaratmaqda və yeniləməkdə davam edir: “Həmin silahlar arasında pilotsuz uçan təyyarələr, ballistik raketlər, dəniz minaları, məsafədən idarə olunan minalanmış katerlər, müasir torpedalarla silahlanmış sualtı gəmilər, gəmi əleyhinə qanadlı raketlər və quru təyinatlı qanadlı raketlər var”.


“Rusiyanın 2016-cı ildə İrana “S-300” zenit-raket kompleksi tədarük etməsi bu ölkəni ən mükəmməl raketdən müdafiə sistemi ilə təmin edib”, - deyə Deniel Kouts bildirib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *