Rusiya yeni raketlər hazırlayır
Rusiya hazırda yeni nəsil raketlər üzərində işi sona çatdırır. Bu raketlər NATO silahları, əsasən də RƏM sistemləri üçün ələkeçməz olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Müdafiə və təhlükəsizlik üzrə Federasiya Şurası komitəsinin sədr müavini Yevgeni Serebrennikov bildirib.
Senatorun sözlərinə görə, məhz bu raketlər İsveçin NATO-ya daxil olması halında Rusiyanın şimal sərhədlərində yerləşdiriləcək. Bundan başqa Serebrennikov ordu qrupunun sərhəddə iştirakının artırılacağını da istisna etmədi.
NATO-nun genişləndirilməsi məsələsini İsveçin “Daqens Nyuheter” nəşrinə verdiyi müsahibəsində XİN rəhbəri Sergey Lavrov qaldırıb.
Diplomat qeyd edib ki, İsveç alyansa qoşulmaq qərarına gəlsə, Moskva “hərbi-texniki tədbirlər” ilə cavab verəcək. NATO-da isə Stokholmun üzvlük üçün müraciət etmədiyi bildirilib.
Mənbə:> Oxu.Az