Kim Çen In yeni raket təqdim etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Kim Çen In yeni raket təqdim etdi

Kim Çen In yeni raket təqdim etdi

KXDR cümə günü Pxenyanda keçirilən hərbi paradda yeni növ “Hvason-15” qitələrarası ballistik raketi ictimaiyyətə təqdim edilib.

Parad Şimali Koreya dövlət telekanalı vasitəsilə canlı yayımlanıb.

Tədbirdə azı dörd ədəd “Hvason-15” buraxılış qurğusu və üzərində “Hvason-14” ballistik raketi olan bir neçə yedəkçi nümayiş olunub.

“Hvason-15” 13 min kilometrə yaxın məsafayə uça bilir və nəzəri baxımdan ABŞ-ın istənilən ərazisini hədəfə ala bilər.

Tədbirdə KXDR lideri Kim Çen In da iştirak edib. O, parad rəhbərindən raport qəbul edərək, nümayişə tamaşa etmək üçün Kim İr Sen meydanının mərkəzindəki tribunaya qalxıb.

Cənubi Koreya mətbuatının məlumatına görə, paradda 13 minə yaxın hərbçi iştirak edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *