T-90, "Abrams" və "Tip 99": hansı daha güclüdür... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

T-90, "Abrams" və "Tip 99": hansı daha güclüdür...

T-90, "Abrams" və "Tip 99": hansı daha güclüdür...

Amerikanın “Abrams” tankı Rusiyada və Çində istehsal edilmiş rəqiblərindən daha astagəl və yeyimcil imiş. Virtualaz.org xəbər verir ki, hərbi analitik Sebastyan Roblenin “The National Interest” jurnalında dərc edilmiş məqaləsində belə deyilir.

Ekspert üç maşının taktiki-texniki xarakteristikasını müqayisə edib. Öz tədqiqatında o, “M1 Abrams” (ABŞ, Hindistan üçün T-90MS-in (Rusiya) ixrac variantını və “Type 99” (Çin) tanklarını araşdırıb. Məlum olub ki, Amerika tankı rəqiblərindən fərqli olaraq, lüləsindən tank əleyhinə mərmi ata bilmir.

T-90, "Abrams" və "Tip 99": hansı daha güclüdür...
"Abrams"

Bundan əlavə, “Abrams” ən astagəl tank imiş: yolda o, maksimal olaraq saatda 68 kilometr sürətlə hərəkət edə bilir. Eyni göstərici T-90-da saatda 72 kilometr, “Type-99”da saatda 80 kilometrdir. Eyni zamanda, Rusiya və Çin tankları əlavə yanacaq tələb etmədən 480 kilometr yol qət edə bilirlər. Amerika tankı isə 390 kilometrdən sonra yanacaq tələb edir.

Bununla birgə, “Abrams” 120 millimetrlik lülə ilə təchiz edilib ki, bunlar uran özəkli M829 mərmilərindən istifadə edərək, zirehi 125 millimetrlik lülələrə malik T-90 və “Type-99”la müqayisədə 15-20% daha dərin zədələyə bilir.

T-90, "Abrams" və "Tip 99": hansı daha güclüdür...
"Type-99"

Ümumilikdə, ekspertin fikrincə, ABŞ tankı atəş gücü baxımından daha güclüdür. Çin tankları daha yaxşı müdafiəyə malikdirlər, daha sürətlidirlər və daha böyük hərəkət radiusuna sahibdirlər. T-90MS Rusiya tankları “Relikt” müdafiə sistemləri, gecləndirilmiş optik nişan vəı daha güclü mühərrik hesabına onlara ciddi rəqibdirlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *