“Yaxın zamanda itlərə erməni dili öyrədiləcək” – Hərbçi zabit
“Hazırda itlərə təlimlər ancaq Azərbaycan dilində keçilir. İtlər bütün tapşırıqları Azərbaycan dilində səsləndirilən sözlər əsasında edir. Yaxın zamanda itlərə erməni dilində sözlərin öyrədilməsi nəzərdə tutulur. Bu daha çox qaravul itləri üçün nəzərdə tutulub. Çünki onlar düşmən yaxınlaşdığı zaman səs, yaxud erməni dilində danışıq eşitdikdə əsgərləri xəbərdar edə biləcək”.
Kinologiya mərkəzinin baş kinoloq-təlimatçısı kapitan Mövcud Əsgərov femida.az-a belə deyib.
Onun sözlərinə görə, əvvəllər başqa ordularda kamikadze itlər var idi: “Onlar düşmən texnikasını məhv etmək üçün istifadə olunurdu. Amma bu gün bizim ordumuzda humanistlik nöqteyi-nəzərindən o cür itlərdən istifadə olunmur. Bizim seçilən itlərimiz çox olub. “Slayd” ləqəbli it itlər arasında keçirilən müsabiqələrdə üç dəfə da 3-cü yerə layiq görülüb. O it çox güclü idi. Bizim hazırladığımız itlər yüksək nəticələr verir”.
Mənbə:> BizimYol.info