İraqda qan su yerinə axır
İraqda terror aktları səngimək bilmir.
ANS PRESS-in məlumatına görə, hər gün İraqın müxtəlif bölgələrində partlayış hadisələri törədilir, burada isə onlarla, yüzlərlə insanlar kimlərinsə maraqları, kimlərinsə ağılsızlıqlarının qurbanı olur.
Ötən gün paytaxt Bağdad, Səlahəddin, Diyala və Ənbar əyalətlərində müxtəlif vaxtlarda bombalı hücumlar həyata keçirilib.
Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, hücumlar zamanı 102 nəfər ölüb, 75 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara çatdırılıb.
Hücumların İŞİD yaraqlılarına qoşulmaq niyətində olan sui-qəsdçilər tərəfindən törədildiyi bildirilir. Bundan başqa, ötən günlərdə Bağdadda keçirilən əməliyyatlarda 19 terrorçu polis tərəfindən saxlanılıb.
Mənbə:> ANSPRESS