SIPRI: Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

SIPRI: Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb

SIPRI: Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb


ABŞ və Rusiya 2012-2016-cı illərdə silah ticarəti sahəsində dünyanın ən böyük ixracatçı ölkələridir.

Aznews.info-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) hesabatında deyilir.

Hesabatda bildirilir ki, satılan silahların 74%-i ABŞ, Rusiya, Çin, Fransa və Almaniyanın payına düşür.

Təkcə ABŞ və Rusiyanın payı 56%-dir.

2007-2011-ci illərlə müqayisədə hesabat dövründə silah ticarətinin həcmi 8,4% artıb.

Son 5 ilin rəqəmləri “soyuq müharibə” bitəndən sonra qeydə alınan ən böyük göstəricilərdir.

Hesabata əsasən, Asiya, Okeaniya, Yaxın Şərq bölgələrinə silah satışı daha çox artıb, Avropa, Afrika və Amerika qitələrinə isə azalıb.

Qeyd olunan dövrdə 50 ölkə Rusiyadan hərbi texnika alıb.

Rusiyanın satdığı silah və texnikanın 4 faizini Azərbaycan alıb. ABŞ isə hərbi texnika və silahlarını 100 ölkəyə satıb.

Hesabatda qeyd olunur ki, 2012-2016-cı illərdə Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb.

Şimali Afrika ölkələri arasında hərbi idxala görə lider ölkə Əlcəzairdir. Regiona silah satışının 46%-i bu ölkənin payına düşür.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *