Hərbçimiz yol qəzası nəticəsində ağır xəsarət alıb » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

Hərbçimiz yol qəzası nəticəsində ağır xəsarət alıb

Hərbçimiz yol qəzası nəticəsində ağır xəsarət alıb


Bu gün səhər saatlarında Nərimanov rayonu, “Çermet” körpüsünün üstündə ağır yol qəzası baş verib.

Oxu.Az Salamnews-a istinadən xəbər verir ki, qəza nəticəsində taksi avtomobili ilə işə gedən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında qulluq edən Yusifov Elzar Süleyman oğlu və mülkü şəxs Mirzəyev Elsəvər Rasim oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılardan Elzar Yusifov təcili yardım stansiyası əməkdaşlarının köməkliyi ilə Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına aparılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Daxili Qoşunların mətbuat xidməti SalamNews-a faktı təsdiq edib.

Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *