Aprel döyüşlərində yaralanan erməni əsgəri öldü
Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hospitalında aprel döyüşlərinin gedişatında yaralanan hərbçi Narek Asatryan ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Novosti Armeniya”ya hospitaldan bildiriblər.
Narek Asatryan başından yaralanmışdı. O, özünə gəlmədən ölüb.
Mənbə:> Oxu.az