Aprel döyüşündə yaralanan Ordumuzun kapitanı şəhid oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi, Sosial

Aprel döyüşündə yaralanan Ordumuzun kapitanı şəhid oldu

Aprel döyüşündə yaralanan Ordumuzun kapitanı şəhid oldu


Yaralı zabitimiz dünyasını dəyişib. Müdafiə nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan zabitimiz kapitan Savalanov Nəcməddin Akif oğlunun həyatını xilas etmək üçün həkimlərin səyinə baxmayaraq o, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Aprel döyüşündə yaralanan Ordumuzun kapitanı şəhid oldu

Şəhid kapitan Savalanov Nəcməddin Akif oğlu

Azərbaycan ordusu ötən gün də cəbhə bölgəsində şəhid verib. Mayın 8-də qoşunların təmas xəttində düşmənlə atışmada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Heydərov Əli İntiqam oğlu şəhid olub.

Heydərov Əli İntiqam oğlu Bakının Qobu qəsəbəsindən hərbi qulluğa çağrılıb. Yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, mayın 10-da onun ad günü olmalı idi.

Mayın 3-də qoşunların təmas xəttində qarşı tərəflə atışmada Azərbaycan Silahlı Qüvvələrin əsgəri Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *