Erməni əsgəri təxris olunmasına bir gün qalmış öldü
İyunun 29-da Nubaraşen polis bölməsinə rayon ərazisində süni su hövzəsində bir nəfərin boğulması haqqında məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Novosti-armeniya” məlumat yayıb.
Məlumata görə, hadisə yerinə toplaşanlar ölən şəxsin Artik şəhərinin 29 yaşlı sakini Edqar Çaxlyanın olduğunu bildiriblər.
O, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edirdi və bu gün təxris olunmalı idi.
Dalğıclar və xilasedicilər sudan onun cəsədini çıxarıblar.
Mənbə:> Oxu.Az