İranın hərbi gəmiləri Azərbaycana gəlib » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Dünya

İranın hərbi gəmiləri Azərbaycana gəlib

İranın hərbi gəmiləri Azərbaycana gəlib


İran Hərbi Dəniz Qüvvələrinə məxsus 2 hərbi gəmi Azərbaycana gəlib.

Aznews.info xəbər verir ki, APA-nın məlumatına görə, “Dəmavənd” raket gəmisi və “Covşan” kater gəmisi Bakı buxtasına yan alıb. Azərbaycan hərbi orkestrinin də iştirakı ilə rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini Natiq Bagırov bildirib ki, İran Hərbi Dəniz Qüvvələrinin “Dəmavənd” raket gəmisi və “Covşan” kater gəmisi nümayəndə heyəti ilə Azərbaycana gəlib.

“Bu, sülh və dostluq səfəridir. Üç gün davam edəcək səfər çərçivəsində İran nümayəndə heyəti Heydər Əliyevin və Zərifə Əliyevanın məzarını, Şəhidlər xiyabanını ziyarət edəcəklər. Ardınca Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanı ilə görüş olacaq. Nümayəndə heyəti Azərbaycanın Hərbi Dənizçilik Məktəbində olacaq.

Səfər zamanı futbol yarışı da təşkil olunacaq.

Bu, Azərbaycan müstəqillik əldə etdikdən sonra İran hərbi gəmilərinin ölkəmizə ilk səfəridir”, - deyə o bildirib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *