Rusiyanın hərbi gəmiləri Xəzərdə təlimlərə hazırlaşırlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Rusiyanın hərbi gəmiləri Xəzərdə təlimlərə hazırlaşırlar

Rusiyanın hərbi gəmiləri Xəzərdə təlimlərə hazırlaşırlar


Rusiyanın “Volqodonsk” kiçik artilleriya gəmisi və Xəzər dəniz donanmasının əlavə dəstək gəmilərinin heyəti Xəzəryanı ölkələrin limanlarına dəniz səfəri ilə bağlı hazırlıqları tamamlamaq üzrədir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, daimi qalma məntəqələrində və dənizə açılma nöqtələrində aparılan hazırlıq prosesində ekipaj üzvləri müxtəlif məzmunlu gəmi təlimləri həyata keçirib.

Təlimlərdə gəmi bölüyünün birgə manevri və müxtəlif hədəflərə artilleriya atəşi ilə döyüş tapşırıqlarını yerinə yetirmək üzrə hazırlıq keçirilib.

Qeyd olunur ki, dəniz yolçuluğu zamanı Xəzəryanı ölkələrin limanlarına səfər də planlaşdırılır.

“Volqodonsk” gəmisinin ekipajı artıq hərbi qarovulların və hərbi orkestrin təliminə başlayıb. Müəyyən edilmiş limanlarda xarici nümayəndə heyətlərini qəbul edəcək gəmidə həmçinin əcnəbilər üçün ekskursiya nəzərədə tutulub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *