Yaralanmış suriyalı uşağın görüntüləri qəzəb doğurub – VİDEO
Suriyalı fəallar Hələb şəhərində hava zərbələrindən dağılmış binadan xilas edilən oğlan uşağının görüntülərini paylaşıblar.
Oxu.Az “The Guardian”-a istinadən xəbər verir ki, təcili yardım maşınında halsız və qan içində oturmuş oğlanın video və fotoları sosial mediada geniş paylaşılıb və bir çoxunun qəzəbinə səbəb olub.
Onun 5 yaşlı Omran Daqniş olduğu məlum olub. Yerli həkimlər oğlanın başından aldığı xəsarətdən müalicə olunduğunu bildirirlər.
Onun ailəsinin də hücumdan sağ çıxdığı güman edilir.
Mənbə:> Oxu.Az