Azərbaycan və Türkiyə müştərək təlimlər keçirir
Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iyunun 20-dən “İŞIK-2016” beynəlxalq axtarış-xilasetmə təlimləri başlayıb.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd “Mi-17” döyüş-nəqliyyat və 3 ədəd “Mi-35” döyüş helikopteri müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərində yerləşən aviabazaya gəlib.
Mənbə:> Oxu.Az