Hərbi Hava Qüvvələrimiz “TURAZ Şahini-2016” təlimlərinə qatılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Foto

Hərbi Hava Qüvvələrimiz “TURAZ Şahini-2016” təlimlərinə qatılacaq – FOTO

Hərbi Hava Qüvvələrimiz “TURAZ Şahini-2016” təlimlərinə qatılacaq


Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən martın 7-dən başlayacaq "TURAZ Şahini - 2016" təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyətinin bir qismi Konya şəhərində yerləşən aviabazaya gəlib.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər martın 25-dək davam edəcək.

Qeyd edək ki, artıq ikinci dəfə Türkiyədə baş tutacaq müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarələri iştirak edəcəklər.

Hərbi Hava Qüvvələrimiz “TURAZ Şahini-2016” təlimlərinə qatılacaq
Hərbi Hava Qüvvələrimiz “TURAZ Şahini-2016” təlimlərinə qatılacaq

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *