Ordu zabiti ABŞ-ın ən gözəl qızı seçildi – FOTO
Kolumbiya dairəsinin təmsilçisi və ordu zabiti Deşona Barber 65-ci “Miss ABŞ” gözəllik müsabiqəsinin qalibi olub.
Oxu.Az xəbər verir ki, müsabiqədə 51 iştirakçı birincilik uğrunda mübarizə aparıb.
D.Barber Fort-Middə Milli Təhlükəsizlik agentliyinin qərargahında maddi-texniki təminat üzrə baş əməkdaş vəzifəsində çalışır. Gənz qız həmçinin ölkənin Ticarət nazirliyində İT-analitik kimi işləyir.
Barber Virciniya universitetini bitirib. O rəqs etməyi, açıq havada gəzməyi və ailəsi ilə vaxt keçirməyi xoşlayır.
Müsabiqədə ikinci yeri Corciya ştatının təmsilçisi Emani Devis, üçüncü isə Havay adaları sakini Çelsiya Xardin tutub.
Mənbə:> Oxu.Az