Azərbaycanlı qız Rusiyada ən gözəl tələbə seçildi – FOTO
18 yaşlı azərbaycanlı qız Kəmalə Məmmədova Rusiyada “Miss tələbə - 2016” gözəllik müsabiqəsinin qalibi olub.
Oxu.Az-ın məlumatına görə, Kəmalə Novokuybışevsk tibb kollecinin tələbəsidir.
“Noybışevsk Miss tələbə - 2016” gözəllik yarışmasında qızlar 3 mərhələdə mübarizə aparıblar. İlk mərhələ qızlar özləri haqda, bacarıqları və hobbiləri barədə danışıblar. İkinci mərhələ - yaradıcı nömrələr, üçüncü mərhələdə isə iştirakçılar səhnəyə axşam paltarlarında çıxıblar.
Müsabiqənin əsas “miss” tituluna Bakıdan olan cazibədar Kəmalə Məmmədova layiq görülüb.
Mənbə:> Oxu.Az