“Miss Eurasia 2015” gözəli seçildi – FOTO
Antalyada bu il beşinci dəfə təşkil edilən “Miss Eurasia 2015” gözəllik yarışmasında Rusiyanın şimal bölgəsini təmsil edən Sibirdən Yulia Zgrebnova qalib olub.
Oxu.Az xəbər verir ki, Manavgat mahalındakı “Sensimar Otel”də təşkil edilən yarışmada 20 ölkənin təmsilçisi yarışıb.
Keçmiş “Beşiktaş”lı futbolçu Paskal Nouma ilə Başak Şahinin aparıcılıq etdiyi müsabiqədə namizədlər əvvəlcə ölkələrinə xas ənənəvi geyimlərlə podiuma çıxıb.
Finalçılar rəqs və kiçik şouları ilə münsifləri ovsunlamağa çalışıblar. Daha sonra çimərlik geyimində podiuma çıxan gözəllər sonda ziyafət geyimlərini nümayiş etdiriblər.
Qalib Yulia Zgrebnovanın tacını keçən ilin gözəli seçilən ispan Aminat Tinaeva taxıb.
Yarışmada Xorvatiyadan Katarina Podrezova ikinci, Türkiyədən Bilge Keskin üçüncü, Sloveniyadan Hanna Maroz isə dördüncü olub.
İspaniyadan Elena Vaniushenko “Avropa”, İsraildən Valeria Zobnina isə “Asiya” gözəli seçilib.
Mənbə:> Oxu.Az