ANAMA: Bu il mina partlayışı zamanı 3 nəfər ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

ANAMA: Bu il mina partlayışı zamanı 3 nəfər ölüb

ANAMA: Bu il mina partlayışı zamanı 3 nəfər ölüb


2015-ci ilin dekabr ayı ərzində 275,278 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 43 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

AzNews.info bildirir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Mətbuat xidmətindən verilən məlumatda deyilir.

2015-ci il ərzində 36,335,048 kvadratmetr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib və 24,497 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 507 nəfər minaaxtaran mütəxəssis və 123 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 314,730,926 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,938-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Füzuli və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin dekabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Ümumilikdə, 2015-ci il ərzində 9 mina/PHS hadisəsi qeydə alınıb, 11 nəfər zərər çəkib, 3 nəfər həlak olub.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *