Türkiyədə əsgərləri ildırım vurdu: 4 ölü, 11 yaralı

Türkiyədə Hakkari əyalətinin Dağlıca bölgəsində əsgərləri ildırım vurub.
Oxu.Az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, hadisə nəticəsində 4 əsgər ölüb, daha 11-i yaralanıb.
Məlumata əsasən, hadisə zamanı türk əsgərləri PKK terrorçularına qarşı əməliyyat keçirirdilər.
Yaralananlar Hakkari mərkəzi xəstəxanaslna yerləşdirilib.
Mənbə: Oxu.Az