Azərbaycan Cənubi Afrika “Mbombe”si ilə maraqlanır » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Video

Azərbaycan Cənubi Afrika “Mbombe”si ilə maraqlanır – VİDEO

Azərbaycan Cənubi Afrika “Mbombe”si ilə maraqlanır


Azərbaycan Müdafiə Nazirliyi Hərbi zirehli maşın (HZM) “Mbombe”ni Qazaxıstandan almaq imkanlarını nəzərdən keçirir. Bu barədə Rusiya Dünya Silah Alverinin Təhlili Mərkəzi (DSATM) Amerika hərbi icmalı Defense News-a istinadən bildirib.

Oxu.Az xəbər verir ki, nəşr qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi Qazaxıstanda yığılmış yeni zirehli maşınları əldə etməyi planlaşdırır. Bu maşınlar Cənubi Afrikanın Paramount Group şirkətinin layihəsi üzrə istehsal ediləcək.

Zirehli texnikanın çatdırılması üzrə müqavilə 2015-ci ilin sonunda imzalanmalıdır. Planlaşdırılan razılığın qiyməti və alınan maşınların sayı açıqlanmır.

Defense News-un mənbəsinin məlumatına müvafiq olaraq “Qazaxıstan injiniring” şirkətində söhbət Azərbaycan Silahlı Qüvvələrinin 6x6 təkər formulası olan “Mbombe” HZM-nın (Qazaxıstanda maşın “Barıs” adını alıb) çatdırılmasından gedir. Azərbaycandan başqa bu zirehli maşının əldə etmə imkanını Braziliya və Qabon silahlı qüvvələri də nəzərdən keçirir.

HZM istehsalının başlanmasının tarixi açıqlanmır, amma Qazaxıstan 2018-ci ildə ən azı 120 ədəd maşın yığmaq fikrindədir. Lazım olduğu halda istehsalat həcmi 360 zirehli maşına qədər arta bilər, bu barədə DSATM-dan bildirilib.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *