Türkiyəli texniklər Azərbaycanda » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Foto

Türkiyəli texniklər Azərbaycanda – FOTO

Türkiyəli texniklər Azərbaycanda


Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə iştirakı ilə “TurAz Qartalı - 2015” taktiki təlimlərində iştirak etmək məqsədilə türkiyəli mühəndis-texniklərdən ibarət geniş tərkibdə heyət ölkəmizə gəlib.

Oxu.Az Müdafiə Nazirliyinin məıumatına istinadla xəbər verir ki, hazırda birgə təlimlərin aktiv fazasının keçirilməsinə hazırlıq məqsədilə heyətlərin toplanması, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar fəaliyyətlər həyata keçirilir.

Qeyd edək ki, birgə təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edəcəklər.

Təlimlər sentyabrın 18-dək davam edəcək.

Türkiyəli texniklər Azərbaycanda
Türkiyəli texniklər Azərbaycanda
Türkiyəli texniklər Azərbaycanda

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *