Şəhidin telefonuna morqda zəng gəldi – “Annem arıyor” » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Dünya

Şəhidin telefonuna morqda zəng gəldi – “Annem arıyor”

Şəhidin telefonuna morqda zəng gəldi – “Annem arıyor”


Avqustun 19-da Türkiyənin Siirt vilayətinin Pervari yolunda PKK terrorçularının quraşdırdığı bombanın partlaması nəticəsində şəhid olan 8 əsgərdən biri - əsgər Rəcəb Bəycurun cəsədi Siirt Dövlət xəstəxanasının morquna gətirilərkən hər kəsi sarsıdan hadisə baş verib.

Şəhidin anası Seyran Bəycur tərəfindən zəng olunan telefonuna heç kim cavab verə bilməyib.

Bu barədə Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir.

Xəstəxanada çalışan həkim Veysəl Akkoyun bildirib ki, şəhidin komandiri zəng çalan telefonu onun cibindən çıxararkən ekranda “Annem” arıyor” (ana zəng edir – red.) yazısını görüb.

“Annem” 2-3 dəfə ardıcıl zəng etsə də, içəridə olan 4 nəfərdən heç biri telefona cavab verməyə cürət etməyib.

“Sözün bitdiyi anları yaşadıq”, - deyə, Akkoyun bildirib.

“Həqiqətən də ordakı insanların deyəcəyi sözü yox idi, çünki sözün bitdiyi anları yaşayırdıq. Nə orda olan prokuror, nə də əsgər – heç kim telefona cavab vermədi.

Komandirin gələn zənglərə dözməyib telefonu tamamilə söndürdüyünü gördük, çünki cavab verə bilmirdi. Heç kim də cavab verə bilməyəcəkdi, axı zəng edən bir ana idi.

Əslində insan ananın öz övladına hansı hisslərlə zəng etdiyini başa düşür. Kim bilir ana hansı ümidlərlə şəhidimizə zəng etmişdi. Allah heç kimə belə dərd yaşatmasın”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *