Türkiyədə antiterror əməliyyatı nəticəsində mindən çox insan həbs edildi
Türkiyə höküməti iyulun 24-də ölkədə keçirilən irimiqyaslı antiterror əməliyyatı barədə hesabat verib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir, baş nazir Əhməd Davudoğlu ölkədə keçirilən antiterror əməliyyatı nəticəsində 1050 nəfərin həbs edildiyini bildirib.
Həbs edilənlər arasında 50-60 nəfər xarici vətəndaşın olduğu bildirilir.
Minlərlə polisin cəlb edildiyi reydlər ölkənin 13 vilayətində aparılıb.
Mənbə:> Oxu.Az