Rusiyada Naxçıvan xanlığının bayraqları aşkar edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Maraqlı, Tarix, Foto

Rusiyada Naxçıvan xanlığının bayraqları aşkar edildi – FOTO

Rusiyada Naxçıvan xanlığının bayraqları aşkar edildi


Rusiya muzeylərində və arxivlərində aparılan tədqiqatlar nəticəsində Azərbaycanın dövlətçilik tarixinə aid yeni materiallar aşkar edilib.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən Oxu.Az-a verilən xəbərə görə, Rusiyanın Sankt-Peterburq şəhərində bu il mayın 10-dan 31-dək davam edən elmi ezamiyyət səmərəli nəticə verib.

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, bayraqşünaslıq və geraldika üzrə mütəxəssis Pərvin Gözəlov Rusiya muzeylərinin arxivlərində indiyədək məlum olmayan bəzi faktlar aşkarlayıb. Bunların içərisində Naxçıvan xanlığının bayraqları böyük maraq kəsb edir.

P. Gözəlov bildirib ki, Ermitaj Muzeyinin bayraq fondunda saxlanılan birinci bayraq 1812-ci ildə baş vermiş Aslandüz döyüşündə Abbas Mirzə tərəfindən Naxçıvan xanlığına öz tərəfdarlarını fərqləndirmək, müttəfiqləri olduğunu bəyan etmək üçün verilib:

“Həmin döyüşlər zamanı isə qənimət kimi götürülərək Rusiyaya gətirilib. Naxçıvanın ikinci dövlət bayrağı 26 iyun 1827-ci ildə xanlığın işğalı zamanı qənimət kimi götürülüb. Bayrağın üzərindəki rəmzləri təhlil edərkən məlum olur ki, bizim müasir bayrağımızın üzərində olan rəmzlərdən həmin bayraqda da istifadə olunub. Bu çox maraqlı faktdır. Çünki, bu günə kimi biz hesab edirdik ki, bayraq üzərində olan aypara və ulduz 1918-ci ildə ilk dəfə istifadə olunub. Bu bayrağın tapılması isə elmə yenilik gətirir və sübut edir ki, bu rəmzlər 1918-ci ildən əvvəldə istifadə olunub”.

P. Gözəlov qeyd edib ki, bayraq ipək parçadan tikilib və qızılı saplarla işlənib:

“Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyindən əldə olunan bayraqda Əcəmi Naxçıvaninin memarlıq ənənələrindən istifadə edilib. Üzərində əks olunmuş səkkiz guşəli ulduz Möminə Xatun türbəsinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. İndiyədək nəinki Azərbaycan xanlıqlarının bayraqlarında, 18-19-cu əsr Şərq dövlətləri bayraqlarında da buna oxşar elementə rast gəlinməyib”.

Araşdırma zamanı Peterburq Artilleriya və hərb tarixi muzeyinin arxivlərindən Azərbaycan tarixinə dair başqa faktlar da üzə çıxıb. P. Gözəlovun sözlərinə görə, materiallar arasında Dərbənd qalasının gümüş açarı aşkar olunub:

“Şamaxı qalasının açarları aşkar olunaraq fotoşəkilləri aşkar olunaraq gətirilib. Bu da bizim dövlətçilik tariximizin araşdırmalarına böyük töhfələr verəcək”.

Rusiyada Naxçıvan xanlığının bayraqları aşkar edildi
Rusiyada Naxçıvan xanlığının bayraqları aşkar edildi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *