Türklərdən ermənilərə misilsiz cavab hazırlığı » AzNews.info -Xəbər portalı

Türklərdən ermənilərə misilsiz cavab hazırlığı – FOTO

Türklərdən ermənilərə misilsiz cavab hazırlığı


Beynəlxalq Əsassız erməni iddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) şərq və Cənub-Şərqi Anadolu bölgə nümayəndəsi İrfan Ermiş Ermənistan hökumətinə cavab verməyə hazırlaşdıqlarını deyib. ANS PRESS-in məlumatına görə, İrəvandakı Göy məsciddə cümə namazı qılmaq tələblərinin qarşılanmadığını deyən Ermiş sentyabrda Türkiyə ərazisindəki “Axtamar” kilsəsində keçiriləcək ayinə mane olacaqlarını bildirib.

Van vilayətinin Gevaş rayonunda yerləşən “Axtamar”ın xristian Peçenek türkləri tərəfindən tikildiyini bildirən Ermiş burda keçirilən ayində ölkədən və xaricdən çox sayda erməninin iştirak etdiyini və heç kimin onlara mane olmadığını vurğulayıb.

“Türkə yaraşan qonaqpərvərliyin ən yaxşısını nümayiş etdirdik və hələ də bunu edirik. Biz ASİMDER olaraq atalarımızdan gördüyümüz qonaqpərvərliyi göstəririk. Ermənistanın paytaxtı İrəvandakı Göy məsciddə cümə namazı qılmaq istəyirdik. Amma müraciətlərimiz Erməınistan hökuməti tərəfindən qəbul olunmadı. Biz də ASİMDER olaraq bu il keçiriləcək ayinə icazə verməyəcəyik. Bu məsələdə şəhərdəki QHT-lərlə təmas quracağıq. Həmçinin yerli sakinlər də bu istiqamətdə məlumatlandırılacaq və ayinə mane olacağıq”.

ASİMDER olaraq heç kimin ibadətinə mane olmadıqlarını vurğulayan Ermiş sadəcə olaraq ermənilərə cavab verəcəklərini deyib: “Başqalarının ibadətinə mane olmaq bizim əsalətimizə yaraşmaz. Amma biz Ermənistan hökumətinin mövqeyinə cavab veririk.”

Türklərdən ermənilərə misilsiz cavab hazırlığı
Türklərdən ermənilərə misilsiz cavab hazırlığı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *