ABŞ İŞİD-lə Afrikada döyüşəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

ABŞ İŞİD-lə Afrikada döyüşəcək

ABŞ İŞİD-lə Afrikada döyüşəcək


Amerika Birləşmiş Ştatları Afrikanın ən güclü iqtisadiyyata malik olan ölkəsi Nigeriya ilə əlaqələri yenidən qurmaq istəyir. ANS PRESS-in məlumatına görə, ABŞ bu məqsədlə mart ayında prezident seçilən Məhəmməd Buxariyə oğurlanmış aktivlərdəki milyardlarla dolları tapmağa kömək etmək niyyətindədir. Bundan başqa, rəsmi Vaşinqton Nigeriyaya terrorçularla mübarizə aparmaq üçün də hərbi dəstək göstərmək istəyir.

"Prezident Barak Obama uzun müddətdir ki, Nigeriyanı Afrikada ən əhəmiyyətli strateji ölkələrdən biri hesab edir. Gələn həftə müzakirə olunacaq əsas məsələ iki ölkə arasında əlaqələri dərinləşdirməyin mümkünlüyüdür və indi buna imkan var", - deyə ABŞ Dövlət Departamenti rəhbərinin birinci müavini Antoni Blinken bildirib. O, bu sözləri Nigeriyanın seçki yolu ilə seçilmiş ilk prezidenti Məhəmməd Buxarinin gələn həftə ABŞ-a rəsmi səfərini şərh edərkən deyib.

ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton Afrikanın ən böyük neft istehsalçısı olan Nigeriyaya hərbi təlimatçilər göndərmək niyyətindədir. Məqsəd ölkənin şimalında Boko-Haram terror qruplaşması ilə mübarizə aparmaqdır.

ABŞ Sülh İnstitutunun baş məsləhətçisi Conni Karson da Nigeriyanın Afrikada ən əhəmiyyətli ölkə olduğunu deyib. "İndi Nigeriya ilə münasibətləri möhkəmləndirməyə hər zamankından daha çox ehtiyac var. Bu münasibətlər təhlükəsizlik və hərbi əlaqələr səviyyəsində qalmamalıdır", - deyə o bildirib.

Qeyd edək ki, Məhəmməd Buxari Nigeriyada bu il mart ayında keçirilən prezident seçkilərində qalib gəlib. Bu seçkidən sonra ABŞ terrorçularla mübarizəyə dəstək məqsədilə Nigeriyaya 5 milyon dollar ayırıb. Bundan əvvəl isə Amerika Nigeriya, Çad, Kameron və Nigerə ümumilikdə ən az 34 milyon dollarlıq yardım etmişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *