ABŞ Rusiyanı hədələdi
ABŞ Rusiyanın Donbassdakı münaqişəni genişləndirəcəyi təqdirdə təzyiqləri artıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland bəyan edib.
“Biz xatırladırıq ki, sanksiyalar Minsk razılaşması tam icra olunana qədər qüvvədə qalacaq” - Nuland bildirib.
ABŞ dövlət katibinin köməkçisi Ağ evin Ukraynaya hərbi yardım göstərdiyini də xatırladıb.
Onun sözlərinə görə, ABŞ Ukraynaya hərbi yardım çərçivəsində 150 milyon dollar yardım edib.
“Biz ümid edirik ki, bizim təzyiqlər Rusiyanı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edəcək. Əks təqdirdə bu onlara baha başa gələcək”, - dövlət katibinin köməkçisi deyib.
Jurnalistin iqtisadi və hərbi baxımdan qiymət artımı olacaqmı sualına, Nuland “Biz heç nəyi istisna etmirik” cavab verib.
Mənbə:> Oxu.Az