Etirazçılar İrəvanın küçələrini bağlayırlar – FOTO
"Dur, Ermənistan" vətəndaş hərəkatı mübarizənin birinci mərhələsinə start verib.
ANS PRESS-in məlumatına görə, iyulun 27-31-də İrəvanın və başqa şəhərlərin əsas küçələri bağlanacaq.
Bu barədə iyulun 17-də hərəkatin üzvləri Azadlığ meydanında keçirilən mitinqdə bildiriblər.
"Biz mübarizəmizi davam etdiririk, hər qapıya vərəqələri paylayacağıq. Biz müvəffəqiyyət əldə edəcəyik", - "İrs" partiyasının mətbuat katibi David Sanasaryan bildirib.
David Sanasaryan
Bundan sonra hərəkat konstitusiya islahatlarına qarşı mübarizəyə başlamaq niyyətindədir. İyunun 23-də İrəvan polisi tərəfindən elektrik enerjisinin bahalaşmasına qarşı etiraza qalxan “Talana yox” hərəkatının nümayişini dağıdarkən 237 nəfər, həmçinin jurnalistlər saxlanılıb, onlara qarşı qəddarlıq nümayiş olunub.
Bir sözlə, Ermənistanda hakimiyyəti olduqca çətin günlər gözləyir. Prezident Serj Sarkisyanın taleyi isə necə olacaq, onu özündən başqa kimsə bilmir. İrəvanda suların nə vaxt durulacağını zaman göstərəcək. Ya əhali bu rejimi devirəcək, ya geri çəkiləcək. Vəziyyətin indiki gedişi xalqın geriyə addım atmayacağı kimi görünür.
Mənbə:> ANSPRESS