Arıncdan Baxçalıya sərt sözlər – FOTO
Türkiyə baş nazirinin müavini Bülent Arınç hökumətin qurulması prosesi barədə danışıb. ANS PRESS-in məlumatına görə, hökumətin qurulması üçün 45 günlük prosesin başladığını deyən Arınç MHP sədri Dövlət Baxçalı barədə də kəskin sözlər deyib:
“Proses başlamışdır. 45 gün ərzində hökumət qurulmasa əlbəttə seçki keçiriləcək. Amma Türkiyənin içində olduğu şərtlər daxilində bir hökumət qurulcağına və bu hökumətin əsas gücünün AKP olacağına inanıram.”
MHP sədri Dövlət Baxçalı
Arınc çıxışının davamında kürdlərlə eyni sayda millət vəkili olan MHP sədri Baxçalı barədə sərt sözlər deyib:
Milliyətçi Hərəkat Partiyası, sən türk millətçisisən eləmi? “Sülh prosesi” səbəbindən bizə demədiyin söz qoymadın. Nə vətən xainliyimiz qaldı, nə də separatçılığımız. Yaxşı, türk millətçisisənsə niyə kürd millətçiləri qədər millət vəkili çıxardın? Sənin xəbərin varmı, sənin də 80 millət vəkilin var, HDP-nin də. O zaman bu ölkədə ayrımçılığın sonu hara gedəcək? Nə qazandın? Hökumət ortağımı oldun, hakimiyyət ortağımı oldun? Yox! Olmağa niyyəti də yoxdur: “Mən yatacağam, kef edəcəyəm, müxalifətdə qalacağam”. Bəs bu millət necə idarə olunacaq, bu insanlar maaşlarını necə alacaqlar, necə investisiya qoyacaqlar? Bəs ətrafındakı Bu alov çənbərindən necə, yaşıl vadi kimi, əmin-amanlıq adası kimi özünü xilas edəcək Türkiyə? “Onlar çətin işlərdir, müxalifətdə qalacağam. Yaxşı!”.
MHP sədri Dövlət Baxçalı və parlamentin spikeri İsmət Yılmaz
AKP-nin seçkidən 81 vilayətdən 76-da və hardasa digər 3 partiyanın ümumi sayı qədər millət vəkili çıxararaq uğur qazandığını xatırladan Arınç AKP-nin, HDP ilə vurulmağa çalışıldığını, buna da müvəffəq olunduğunu bildirib.
İştirak etdiyi iftar proqramında çıxış edən Bülent Arınç ramazan ayının gözəlliklərindən də bəhs edib və hər kəsin ramazan ayı ilə Qədr gecəsini təbrik edib.
Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olduğundan hazırda ölkədə koalisiya hökuməti qurulması barədə qızğın müzakirələr gedir.
Mənbə:> ANSPRESS