Putinin partiyası heteroseksuallar üçün bayraq hazırladı
“Vahid Rusiya”nın Moskva şöbəsi ikicinsli seksual münasibətlərin tərəfdarları üçün bayraq hazırlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti iyul ayının 8-də yazıb.
“Bu, bizim eynicinsli nikahlara, ailə anlayışının təhqirinə cavabımızdır. Biz ölkəmizdə gey-xəstəliyin qarşısını almalı və ənənəvi dəyərləri dəstəkləməliyik”, - partiyanın paytaxt şöbəsinin rəhbərinin müavini Aleksey Lisovenko bildirib.
Bayraqda ana, ata və valideynlərin əlindən tutan üç uşaq təsvir edilib. Təsvir “#nastoyashaya semya” haştaqı ilə imzalanıb. Heteroseksualların rəmzinin Rusiya bayrağının rəngləri ilə bir neçə variantı mövcuddur: ağ fonda ailənin qırmızı rənglə təsviri və göy, eləcə də qırmızı fonda ailənin ağ rəng ilə təsviri.
Bayrağı iyulun 8-də “Ailə, məhəbbət və sədaqət günü” şərəfinə Sokolniki parkında təşkil olunmuş tədbirdə nümayiş etdirmək planlaşdırılır. Bütün tədbirlərin ənənəvi dəyərləri dəstəkləmək üçün yürüş şəklində keçirilməsi düşünülüb.
İyun ayının 26-da ABŞ-ın Ali məhkəməsi bütün ölkə ərazisində bircinsli nikahları qanuni elan etdi. LGBT cəmiyyətlərinin sıxışdırılması tarixini Amerika məktəblərində tədris edəcəklər.
Facebook şəkilləri LGBT rəmzi olan göyqurşağı rənglərinə boyamaq imkanını nəzərə alıb.
Mənbə:> Oxu.Az