Təbrizdə otelin pəncərəsindən asılmış halda tapılan şəxs Bakıdandır? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal

Təbrizdə otelin pəncərəsindən asılmış halda tapılan şəxs Bakıdandır?

Təbrizdə otelin pəncərəsindən asılmış halda tapılan şəxs Bakıdandır?


Arslan Azim oğlu adlı facebook istifadəçisi iyulun 5-də Təbrizdə Azərbaycan vətəndaşı olduğu güman edilən şəxsin otelin pəncərəsindən asılmış vəziyyətdə fotosunu yayıb (https://www.facebook.com/photo.php?fbid=783354008449453&set=a.447591125359078.1073741825.100003245822490&type=1&theater).

Aslan Azim oğlunun səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, Tәbrizin (İran Azərbaycanı) İmam xiyabanındakı "Cahannamə" otelinin pәncәrәsindәn asılmış adamı görüb və onun fotosunu çəkib.

“Həmin adam odasının kәnar küçәyә açılan pәncәrәsindәn özünü asmış vә sәhәrә yaxın camaatın polisә xәbәr vermәsi ilә itfailyәdәn (xilasedicilər-red) hadisә yerinә gәlmişlәr” - deyə o yazıb.

Arslan Azim oğlu hadisə yerində olanların asılmış vəziyyətdə olan şəxsin Azərbaycan vətəndaşı, Bakıdan olduğunu dediklərini yazıb.

Öz növbəsində Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu yayılan məlumat hələ nə təsdiq, nə də təkzib edib.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu "Turan"ın sorğusuna cavab olaraq bildirib: “KİV və sosial şəbəkələrdə yayılan məlumat tərəfimizdən də nəzarətə götürülüb. Həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşı olub-olmadığı, özünü asıb-asmadığı Baş Konsulluq tərəfindən aydınlaşdırılır və İranın Şərqi Azərbaycan vilayətinin aidiyyəti orqanlarına sorğu göndərilib”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *