AŞ PA-nın vitse-prezidenti azərbaycanlıları inqilaba çağırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

AŞ PA-nın vitse-prezidenti azərbaycanlıları inqilaba çağırdı

AŞ PA-nın vitse-prezidenti azərbaycanlıları inqilaba çağırdı


Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seydiov assambleyanın vitse-prezidenti, Ukraynadan deputat, “Pyotr Poroşenko Bloku”nun üzvü Vladimir Aryevin Azərbaycanda hakimiyyət çevrilişinə çağıran facebook postundan hiddətləndiyini bildirib.

Səməd Seydiov virtualaz.org saytına açıqlamasında deyib ki, Aryevin sosial şəbəkələrdə bu cür çıxışlar etməsi Ukraynada bəzi adamların ölkənin maraqlarını yox, başqalarının maraqlarını müdafiə etdiyini göstərir.

“Axı Azərbaycan müxtəlif tərəflərdən edilən sərt təzyiqlərə baxmayaraq özündə qətiyyət tapıb və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Aryev isə nəinki Ukraynanın adını batırıb, eyni zamanda Ukrayna-Azərbaycan münasibətlərinə ciddi zərər vurub. O, özünü layiqli aparmayıb və ən azından işlətdiyi sözlərə görə Azərbaycandan üzr istəməlidir”- deyə Seyidov bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri deyib ki, bütün bunlara baxmayaraq Bakı beynəlxalq hüququn prinsiplərinə hörmət edəcək və Ukraynanın ərazi bütövlüyünə dəstək verməkdə davam edəcək.

“Eyni zamanda biz Aryevin bu təxribatına dair öz mövqeyimizi də ifadə edəcəyik”-S.Seyidov deyib.

* * *13:22

Ukrayna hakimiyyətinin Azərbaycana qarşı son vaxtlar müşahidə edilən qeyri-dost addımlarına biri də əlavə olunub.

Azərbaycanın bu ölkəyə ən çətin məqamlarda əlindən gələn köməyi əsirgəməməsinə baxmayaraq Ukraynada “şokolad kralı” Pyotr Poroşenkonun komandası nəyə görəsə Bakıya qarşı qeyri-adekvat davranır.

Virtualaz.org saytı xəbər verir ki, Ermənistanda davam etməkdə olan “elektromaydan” hərəkatı Ukrayna hakimiyyəti təmsilçilərinə Azərbaycana qarşı qeyri-dsot davranışı üçün növbəti bəhanə verib.

AŞ PA-nın vitse-prezidenti azərbaycanlıları inqilaba çağırdı


“Pyotr Poroşenko Bloku”undan olan deputat, Ukraynanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri və assambleyanın vitse-prezidenti Vladimir Aryev Ermənistandakı etiraz aksiyalarına münasibət bildirərkən azərbaycanlıları da “öz avtoritar hakimiyyətlərini devirməyə” çağırıb.

İrəvanda baş verənləri özünün facebook səhifəsində şərh edən Aryev bildirib ki, elektrik enerjisi tariflərinin artırılmasına etiraz olaraq başlayan aksiyalar Ermənistandakı indiki rejimin devrilməsi ilə nəticələnə bilər.

“İrəvanda Rusiyaya məxsus elektrik enerjisi operatoru tərəfindən tariflərin artırılmasına etiraz olaraq nümayişlər genişlənir. Bu tariflər onsuz da Ukraynadakı tariflərdən dörd dəfə yüksək idi. AŞ PA-dakı erməni nümayəndə heyəti isə sevinir ki, qətnamədə Azərbaycanın xeyrinə olan düzəliş keçməyib. Onların dövlətlərinin alışıb yandığına dair iradlara isə Maydandan “regionallar” (Regionlar Partiyası) kimi əllərini yelləyirlər. Nə onlar, nə də azərbaycanlılar başa düşmək istəmir ki, ruslar onların beynini Qarabağla zəhərləyir, bu yolla hər ikisini nəzarətdə saxlayır və inkişaf etməyə qoymur. Gürcülər müdrik davrandılar. Bunlar isə hər iki ölkənin avtoritar rəhbərlərini gec-tez devirənə qədər bu cür bir-birləri ilə dalaşacaqlar”- deyə Aryev öz facebook səhifəsində yazıb.

AŞ PA-nın vitse-prezidenti azərbaycanlıları inqilaba çağırdı


Göründüyü kimi, Ukraynanın indiki hakimiyyətində dövlətçilik təfəkkürü olmayan, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda qısa müddət hakimiyyətdə olmuş komandanın üzvlərini xatırladan məsuliyyətsiz adamlar təmsil olunur. Onlar nə Ukraynanın Azərbaycanla strateji əhəmiyyət daşıyan tərəfdaşlıq münasibətlərini, nə diplomatik etikanı, nə də iki ölkə arasında dostluğa zərbə vurduqlarını nəzərə almırlar.

İndi rəsmi Bakının Aryevin facebook qeydlərinə necə cavab verəcəyini gözləmək lazımdır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *