Tacikistan xaricdə döyüşən terrorçuları vətəndaşlıqdan məhrum edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Tacikistan xaricdə döyüşən terrorçuları vətəndaşlıqdan məhrum edəcək

Tacikistan xaricdə döyüşən terrorçuları vətəndaşlıqdan məhrum edəcək


Tacikistan hökuməti terror təşkilatlarına daxil etmək məqsədi ilə ölkəni tərk edənləri vətəndaşlıqdan məhrum edəcək.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu müddəa, cümə günü iyun ayının 25-də qəbul edilmiş “Vətəndaşlıq haqqında” qanunun yeni redaksiyasının tərkibindədir.

İnsan haqları üzrə səlahiyyətli şəxs Zərif Alizoda izah edib ki, xaricdə terror təşkilatlarının tərkibində döyüşən respublika vətəndaşları “avtomatik” olaraq vətəndaşlıqdan məhrum olacaqlar.

Vətəndaşlığın “avtomatik” itirilməsinin nə demək olduğu və onun realizə mexanizmi dəqiqləşdirilməyib.

Yeni qanun həmçinin vətəndaşlığın “doğuşdan” alınmasını da nəzərdə tutur. Tacikistan ərazisində doğulan uşaq valideynlərinin vətəndaş mənsubiyyətindən asılı olmayaraq respublika vətəndaşı hesab ediləcək.

Xarici vətəndaşlar və ya vətəndaşlığı olmayanlar, vətəndaşlıq almaq istəyənlər dövlət (tacik) dilindən imtahan verməli olacaqlar, bu dil bilikləri “danışıq səviyyəsindən” aşağı olmamalıdır.

Tacikistan DİN məlumatına əsasən onların ölkəsindən 386 nəfər “İslam dövləti” (Rusiyada qadağan edilib) terror təşkilatının tərkibində döyüşməyə gediblər.

Mayın sonunda İD yeni üzvü, tacik OMON-nu polkovniki Gülmurad Halimov öz həmvətənlərinə videomüraciətlə səslənib. O bəyan edib ki, kişilərin rahat saqqal, qadınların isə hicab geyinə bilməyəcəyi bir ölkədə qalmaq istəmir və regionun digər sakinlərini də ondan nümunə götürməyə çağırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 avqust 2015 21:30
  • Yazan: Juan
merhaba dervişler..keyifler nasıl, biraz ses seda kesildi gibi.. gf6rdfcğfcnfcz yediğiniz sizin olsun ben sdeizn oralardayken daha herşey sıcakken , yorum ve hissiyatınızı duymak istiyorum, nitekim siz bakmak ile gf6rmenin ne olduğunu e7ok net bilenlersiniz..kitap vb yazmayı elbette dfcşfcnfcyorsunuz değil mi ..selam olsun size..

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *