Tacikistandan İŞİD qərarı
Axar.az xəbər verir ki, bu silahlı birləşmənin ölkə ərazisində fəaliyyəti qadağan edilib. Qərar Tacikistan Baş Prokurorluğunun təqdimatı əsasında Ali Məhkəmənin çıxardığı hökmlə qüvvəyə minib. Tacikistan xüsusi xidmət orqanlarının məlumatına əsasən, İŞİD terrorçularının tərkibində 400-dən artıq tacik vətəndaşı terror fəaliyyəti ilə məşğuldur. Onların arasında Əl-Nusra qruplaşmasına qoşulanlar da var. “İslam dövləti” yaraqlıları Yaxın Şərqdə şəriət dövləti quracaqlarını bəyan edib. Bu məqsədlə kafir elan etdikləri dinc insanlar edam olunur, cihad adı altında baş kəsilir və bu səhnələr lentə alınaraq sosial şəbəkələrdə yayımlanır.
Mənbə:> Axar.az