Kreml: "Silahlı çevriliş hazırlanır, Sərkisyan Yanukoviçdən ibrət almasa...” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Sosial

Kreml: "Silahlı çevriliş hazırlanır, Sərkisyan Yanukoviçdən ibrət almasa...”

Kreml: "Silahlı çevriliş hazırlanır, Sərkisyan Yanukoviçdən ibrət almasa...”


Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına etiraz olaraq sosial şəbəkələr üzərindən təşkilatlanaraq küçələrə çıxan və artıq ikinci sutkadır prezident Sərkisyanın iqamətgahının qarşısından geri çəkilməyən nümayişçilər Kremli ciddi narahat etməkdədir.

Virtualaz.org saytı xəbər verir ki, hazırda Kremlə bağlı Rusiya KİV-ləri və ekspertləri Qərbin Ermənistanda Ukrayna ssenarisini işə saldığı barədə qızğın müzakirələr aparırlar.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü İqor Morozov isə hesab edir ki, Ermənistandakı indiki hadisələr Ukraynadakı dövlət çevrilişinin birinci fazasını “birə bir” təkrarlayır. Onun sözlərinə görə, prosesləri ABŞ idarə edir. ABŞ-ın İrəvandakı səfirliyi bu ölkənin xaricdəki ən iri diplomatik təmsilçiliklərindən biridir.

İ.Morozov “RİA Novosti” agentliyinə açıqlamasında deyib ki, Ermənistanda da Ukraynadakı “avromaydan” hərəkatının bənzəri təkrarlanır və bu ölkədə də eynilə o cür dövlət çevrilişi baş verə bilər.

“Ermənistan odlu silah tətbiq olunmaqla dövlət çevrilişə yaxındır. Əgər prezident Serj Sərkisyan Kiyev Maydanından müvafiq nəticələr çıxarmasa, və ibrət dərsi götürməsə, bu, baş verəcək” - deyə Federasiya Şurasının üzvü bildirib.

“Bu baş verənlər eynilə Ukrayna hadisələrini təkrarlayır. Onda da Ukrayna müxalifəti prezident Yanukoviçlə danışıqlardan imtina etmişdi. Həmçinin mitinqçilər qarşısında Avropadan gələn siyasətçilər çıxış edirdi. Aydın idi ki, prosesi ABŞ-ın Kiyevdəki səfirliyi idarə edir”- Morozov deyib.

Rusiyada Ermənistanda baş verənlərə görə narahat olmaq üçün ikiqat əsas var. Axı etirazların başlaması üçün qığılcım rolunu Rusiyanın “RAO EES” şirkəti oynayıb. Tariflərin artırılması barədə bu şirkət müraciət edib, hökumət bunu belə əsaslandırıb ki, şirkət investisiyalar yatırır və gəlir əldə edə bilmir.

Nümayişçilər isə heç bir siyasi tələb irəli sürmürlər və Rusiya şirkətini əsassız şəkildə qiyməti artırmaqda günahlandırırlar.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *