Prezidentin at qumarından gələn gəlirinə həbs qoyuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Prezidentin at qumarından gələn gəlirinə həbs qoyuldu

Prezidentin at qumarından gələn gəlirinə həbs qoyuldu

Çexiyanın Maliyyə Nazirliyi Çeçenistan rəhbəri Ramzan Kadırovun at yarışlarından gələn gəlirlərinə həbs qoyub.

Bu, Ukrayna münaqişəsinə görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır.

Nazirliyin saytında gedən məlumata görə, Çexiyanın "Jokey klubu"nda fəaliyyət göstərən bu yarış atları 2012-ci ildə Kadırovun adına qeydiyyatdan keçib.

Nazirlik bildirir ki, gəlirərin dondurulması cəza deyil və atların fəaliyyətinə qadağa qoyulmayacaq. Yarışlardan gələn gəlir isə atların saxlanmasına sərf olunacaq.

Çexiyanın "Jokey klubu" Praqa ətrafında yerləşir.

İyunun 21-də 95-ci Çexiya derbisində Kadırovun "Aldar" adlı atı 4-cü olub.

Almaniya da 2014-cü ilin oktyabrında Ramzan Kadırovun at yarışlarından gələn gəlirinə sanksiya tətbiq edib.

Çexiyanın “Hospodarske Noviny” qəzetinin yazdığına görə, Kadırov bundan sonra Almaniya və Çexiyadakı atlarını Yaxın Şərq ölkələrinə çıxarmağa başlayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *