Mursi məhkəməyə edam paltarı ilə gətirldi
Misirin hərbi dövlət çevrilişi ilə vəzifəsindən uzaqlaşdıerılan prezidenti Muhamməd Mursi ötən gün keçirilən məhkəməyə qırmızı edam paltarı ilə aparılıb. ANS PRESS-in məlumatına görə, məhkəmədə müttəhimlərin saxlanıldığı şüşə qəfəsə girərkən digər məhkumlar keçmiş prezidentə öz dəstəklərini ifadə ediblər. Məhkumlar, “Sənin həbs olunmağın vətəni azad edəcək”, “Prezident Mursi”, “Leqal prezident Mursi” – kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, Misir həbsxana nizamnaməsinə görə, barəsində heç bir hökm verilməyən məhkumlar prosesə ağ, hökm verilənlər mavi, edam məhkumları isə qırmızı paltarda çıxarılırlar.
Xatırladaq ki, “Müsəlman Qardaşlar” partiyasının namizədi kimi Misirin prezident seçilən Muhamməd Mursi xuntaçı general Əbdülfəttah Sisinin həyata keçirdiyi hərbi dölət çevrilişi ilə vəzifəsindən uzaqlaşdırılaraq həbs olunub.
Mənbə:> ANSPRESS