Eldar Həsənovun fondunun rəhbərliyindəki Andranik » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə

Eldar Həsənovun fondunun rəhbərliyindəki Andranik

Eldar Həsənovun fondunun rəhbərliyindəki Andranik


Jurnalist Eynulla Fətullayevin araşdırma yazısında da bundan əvvəl xəbər verildiyi kimi, Azərbaycanın Serbiyadakı səfiri, sabiq baş prokuror Eldar Həsənov və İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndəsi, səfir (artıq keçmiş) Arif Məmmədov Avropadan Bakıya gəlmişdilər. Bu, 2015-ci il, mayın 23-də, yəni Arif Məmmədovun öz facebook səhifəsində başladığı anti-Əliyev çıxışlarının ən qızğın vaxtında olmuşdu.

Səfirlər Bakıya Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələrinin Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun iclasında iştirak etmək üçün gəlmişdilər. Bu fond şəxsən Eldar Həsənovun təşəbbüsü ilə yaradılıb.

E.Fətullayev öz araşdırma yazısında qeyd edirdi ki, siyasi sürgünə göndərilmiş E.Həsənov bu fondu yaratmağa özünün yaxın dostu, Rumıniya prezidenti Trayan Beseskunun vasitəsilə nail olmuş və bunu çox bacarıqla etmişdi.

“Həsənov belə bir fondun yaradılması ideyasını yaxın dostu, Rumıniya prezidenti Trayan Beseskunun beyninə hələ 2009-cu ildə ustalıq və hiyləgərliklə yeritmişdi. O qədər ustalıqla ki, Besesku prezident Əliyevlə görüşdə həmin ideyanı öz ideyası kimi təqdim etmişdi. Azərbaycanla Rumıniya bu fondu yaratdılar. Layihənin “xaç atası” olan Həsənov isə regionun 15 ölkəsindən ən nüfuzlu lobbiçiləri bu təşkilata doldurdu. Onların arasında Ərdoğanın yaxın qohumu İsmayıl Səfi də var idi. Yeri gəlmişkən, sui-qəsdçi qrup Türkiyədə də fəal işləyir. Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov aylar uzunu Ankara və İstanbulda dolaşır. İsmayıl Səfi isə türkiyəli bossların qapılarını onun üzünə taybatay açır.” - deyə E.Fətullayev yazırdı.

Virtualaz.org saytının bu yöndəki araşdırması isə daha maraqlı bir faktı üzə çıxarıb. Məlum olub ki, dünya erməniliyinin aparıcı simalarından biri olan Andranik Qriqoryeviç Ohannisyan E.Həsənovun rəhbərlik etdiyi fondun rəhbərliyində təmsil olunur. Özü də vitse-prezident postu tutmaqla!

Eldar Həsənovun fondunun rəhbərliyindəki Andranik


Sözügedən fondun saytının informasiya bazasında A.Ohannisyan barədə məlumatlar var. O məlumatlardan da görünür ki, A.Ohannisyan Rusiyadakı “MİK Ko” korporasiyasının baş direktorudur.

Yada salaq ki, səfir Eldar Həsənov böyük biznesə malikdir və özünün Moskvadakı və digər ölkələrdəki biznesinə yüz milyonlarla dollar məbləğində sərmayə qoyub. Sabiq baş prokuror Rusiyada nəhəng biznes imperiyası yaradıb və onu inkişaf etdirir. Azərbaycanda yəqin çoxu xatırlayar ki, Həsənov ən çox korrupsiyaya qurşanmış məmurlardan idi və talançılıq yolu ilə topladığı kapitalı Azərbaycandan kənara çıxararaq xaricdə nəhəng investisiya layihələrinə qoyurdu.

Məsələn, Azərbaycanın Serbiyadakı səfirinin ən böyük investisiya layihələrindən biri məşhur “Şeremetyevo layihəsi” idi. E.Həsənov bu layihədə şəxsən iştirak edir. Virtualaz.org və haqqin.az saytları “Forbes” jurnalına istinadən bu haqda dəfələrlə yazıb.

Həmin materiallara görə, cəmi bir neçə min dollar maaş alan səfir Həsənov Moskvanın Şeremetyevo aeroportunun yaxınlığında 17 hektar ərazidə ümumi sahəsi 1 milyon kvadratmetrə yaxın olan anbarlar, ofislər, restoranlar, digər mülklər tikib. Bu layihəyə yatırılan sərmayənin həcmi 2,5-3 milyard dollar təşkil edir.

Eldar Həsənov bu layihəni rusiyalı oliqarx Viktor Xmarin və Bakıda daha çox “İlham-Putinka” ləqəbi ilə tanınan İlham Rəhimovla birgə həyata keçirir. Rəhimov Azərbaycan cəmiyyətinə özünü Vladimir Putinin yaxın dostu kimi təqdim edir. O da Eldar Həsənovun fondunda təmsil olunur.

E.Həsənovun Rumıniyada da əhəmiyyətli dərəcədə böyük biznes maraqları vardı. O, bu ölkədə artıq keçmiş, yəni devrilmiş rumın elitası ilə kriminal bağlantılar qurmuşdu. 2011-ci ilin yanvarında Buxarestdə kütləvi etirazlar başladı. Başda Emil Bok olmaqla rumın hökuməti istefaya getdi. Səfir E.Həsənov bundan dərhal sonra Rumıniyadan faktiki olaraq qaçdı. O, korrupsiyaya uğramış rumın məmurlarla sıx əlaqələrinə görə cinayət məsuliyyətinə alınacağından ehtiyat edirdi...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *