Nikolay Valuyev Azərbaycanın müdafiəsinə qalxdı: "İdman siyasətdən kənardır!" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, İdman

Nikolay Valuyev Azərbaycanın müdafiəsinə qalxdı: "İdman siyasətdən kənardır!"

Nikolay Valuyev Azərbaycanın müdafiəsinə qalxdı: "İdman siyasətdən kənardır!"


Ölkə.Az xəbər verir ki, boks üzrə dünya çempionu, Rusiya Dövlət Duması VI çağırış deputatı Nikolay Valuyev Qərbin ikili standartları ilə üzləşən Azərbaycana dəstək verib.

O, Qərbin Azərbaycana qarşı davranışlarına olan narahatlığını "Arqumentı i faktı" qəzeti vasitəsilə bildirib.

"Biz mütəmadi olaraq Qərbin ayrı-ayrı nümayəndələrinin "İdman siyasətdən kənardır" olimpiya devizinə laqeyd yanaşmalarının şahidi oluruq. Növbəti nümunə isə Bakıda keçirilən İlk Avropa Oyunlarıdır. Avropa Oyunlarının açılış mərasimində nə İngiltərə, nə Fransa, nə Almaniyanın yüksəkvəzifəli nümayəndələri olmamışdı. Niyə? Çünki Avropa İttifaqının Azərbaycana qarşı sualları var, o cümlədən Rusiya ilə "düzgün olmayan" əməkdaşlır. Bu isə Bakının xərc çəkdiyi bayramı korlamaq üçün imkan var. Bu, eynilə Rusiyada 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatındakı vəziyyətlə eynidir. Qərbin qaydaları ilə oynamayanlar siyasi və iqtisadə baxımdan təzyiqlə üzləşir. İndi isə idmana da əl atıblar...", - deyə çempion qəzəblənib.

"Qərbin ikili standartları insanı özündən çıxarır. İndi Qərb Azərbaycanı insan haqlarını pozmaqda ittiham edir. Bəs 2,5 il öncə Azərbaycan Avropa Oyunlarının keçirilməsi hüququnu qazananda ittihamçıların səsləri harada idi? Bir sözlə, bu cür bahalı tədbiri keçirməyi arzu edənlər yox idi. Yenə də insan haqları məsələsi: Londonda Olimpiyada hazırlıqları zamanı britaniya qoşunları İraqda idi. Bu, heç kəsi narahat etmirdi.

Baş verənlər iyrəncdir. Ancaq, demək lazımdır ki, bu cür qalmaqallar məni artıq təəccübləndirmir", - deyə deputat əlavə edib.

Mənbə: Ölkə.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *