Vüsalə Mahirqızı: Azərbaycana qarşı yönəlmiş ittihamlar əsassızdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, İdman, Media

Vüsalə Mahirqızı: Azərbaycana qarşı yönəlmiş ittihamlar əsassızdır

Vüsalə Mahirqızı: Azərbaycana qarşı yönəlmiş ittihamlar əsassızdır


Türkiyənin məşhur İhlas Xəbər Agentliyi “APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızının Avropa Oyunlarının açılış mərasimi və ölkəmizə qarşı aparılan kampaniya ilə bağlı müsahibə alıb.

AzNews.info APA-ya istinadən həmin müsahibəni təqdim edir:

Azərbaycanın paytaxtı Bakıda 12-28 iyun tarixlərində keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimi öncəsi Azərbaycanın ən böyük media quruluşlarından olan APA-nın rəhbəri Vüsalə Mahirqızı oyunlara ən yaxşı şəkildə hazırlaşdıqlarını bildirib.

“Olimpiadaların mayasında barış və tolerantlıq var. Buna görə də Azərbaycan ilk Avropa Oyunlarının təşkilatçılığını edərkən, “sülh və tolerantlıq” fəlsəfəsini təməl prinsip kimi qəbul edib və ona əməl edib. Avropa Oyunlarının ən mükəmməl formada keçirilməsi üçün paytaxt Bakıda müasir idman və qonaqlama təsisləri inşa edilib. 50 ölkədən 10 min üzərində idmançı və qonaq gözlənilir. Bunun üçün bütün hazırlıqlar ən mükəmməl şəkildə tamamlanıb. İyunun əvvəlindən etibarən idmançılar, qonaqlar və jurnalistlər Azərbaycana gəlməkdədirlər”.

İlk Avropa Oyunlarının bölgədə sülh və tolerantlığın möhkəmlənməsinə xidmət edəcəyinə inandıqlarını deyən V. Mahirqızı buna şahid olmaq üçün hər kəsi oyunları yaxından izləməyə dəvət edib: “Avropa Oyunlarına hazırlıq mərhələsində bəzi qərb dairələrinin Azərbaycana ünvanlanmış ittihamları, təzyiqləri də oldu. Xüsusilə bəzi beynəlxalq təşkilatlar Avropa Oyunlarını fürsət bilərək, Azərbaycanı təftiş etməklə qalmayıb, həm də müxtəlif təzyiqlər etməyə çalışdılar. Amma bütün bunlara Azərbaycanın cavabını Avropa Oyunlarının təşkilatçılığının fəlsəfəsində tapa bilərsiniz, “sülh, barış və tolerantlıq”.

“Biz Olimpiyada tərzində böyük bir idman tədbiri keçiririk. Olimpiadaların təşkil olunmasının qayəsində barış və tolerantlığın təbliğatı dayanır. Bəs belə bir tədbiri təşkil edən ölkəyə qarşı olan təzyiq cəhdləri hansı məntiqə sığır? Azərbaycana qarşı yönəlmiş ittihamların tam əksəriyyəti heç bir əsası olmayan, Avropa Oyunlarının ruhuna yaraşmayan tərzdədir. Buna görə də biz ölkə olaraq haqsız təftişlərə əhəmiyyət vermədən, sadəcə, Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə indeksləndik. Dünyaya əhalisinin əksəriyyətinin müsəlman olduğu bir ölkədə Avropa standartlarında Oyunları təşkil etməyi böyük müvəffəqiyyətlə göstərdik. Bunun davamı olaraq iki il sonra ölkəmizdə İslam Oyunları keçiriləcək. Dinimizlə müasirliyimizin sintezinin uyumlu şəkildə qurula biləcəyini Avropa və İslam Oyunları ilə dünyaya göstərəcəyik”.

V. Mahirqızı Türkiyənin də Avropa Oyunlarına diqqəti barədə sualı cavablandırıb.

“Türkiyə və Azərbaycan bütün digər sahələrdə olduğu kimi idman sahəsində də müvəffəqiyyətlə əməkdaşlıq edirlər. Bu dönəmdə Türkiyə Milli Olimpiya Komitəsinin, ziyalı və idman dairələrinin, yazarların verdiyi dəstək bizim üçün unudulmazdır. Birinci xanım və Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Avropa Oyunlarının təqdimatı ilə bağlı keçirdiyi ilk tədbirlərdən birinin ünvanı məhz İstanbul idi. Media holdinqimizə açıqlamasında Türkiyə Milli Olimpiya Komitəsinin rəhbəri professor Uğur Erdener başda olmaqla kimdən müsahibə almaq, fikirlərini öyrənmək istədiksə, buna dərhal razı oldular. Hər birinə bu diqqət üçün təşəkkür edirəm”.

Qeyd edək ki, bu müsahibəni Türkiyənin bir çox məşhur internet media quruluşu da yayımlayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *