Uorlik Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarını şərh etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Uorlik Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarını şərh etdi

Uorlik Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarını şərh etdi


"Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı tərəflərin Qarabağ münaqişəsinin həll olunması üzərində işləməyə hazır olduğu gerçəyini dəyişmir".

ANS PRESS-in məlumatına görə, bunu ATƏT-inin Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik söyləyib.

O bildirib ki, həmsədrlərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nazama salınması üçün tərəflərlə işləmək tapşırılıb: "Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nazama salınmasına hazırlıqla bağlı mövqeyi dəyişdirmir".

Qeyd edək ki, 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını elan edib. Sözügedən iş erməni təcavüzü dövründə Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 6 aprel 2005-ci il tarixli iddia müraciətinə əsaslanır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *