Britaniyadan ermənilərə ağır sillə
"Böyük Britaniya hökuməti XX əsrin əvvəllərində Osmanlı imperiyası zamanı erməni və başqa millətlərdən olan insanların çəkdiyi əzabları başa düşür."
ANS PRESS-in məlumatına görə, bu barədə ötən gün Lordlar Palatasında "erməni soyqırımı"nın tanınması haqqında məsələnin müzakirəsi zamanı hökuməti təmsil edən Kurtuan qrafı Ceyms Stopford bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya hökuməti tarixdə baş verən hadisələri xatırlayır, keçmişdəki hadisələr tarixin hökmünə buraxılmalıdır. Türklər və ermənilər üz-üzə oturub ümumi tarixi araşdırma aparsalar daha yaxşı olar.
Maraqlıdır ki, qondarma erməni soyqırımının tanınması haqqında məsələni palatada erməni əsilli Baronessa Koks qaldırıb. O çıxışında "erməni soyqırımı"nı guya 20-dən çox ölkənin tanıdığını, həmçinin Roma Papasının bu məsələ ilə bağlı xoş sözlərini xatırladıb.
Ceyms Stopford gecikmədən onun cavabını verib və yerində otuzdurub. O deyib ki, Britaniya hökuməti Roma Papasının sözlərindən xəbərdardır. Soyqırım məsələsi ilə bağlı 2013-cü ildə müzakirə aparılıb və mövqeyimizi bildirmişik. Hazırda Britaniya hökuməti bu məsələyə yenidən baxmağı planlaşdırmır. Bizim hökumət Ermənistan və Türkiyə arasında əlaqələrin normallaşması üçün tərəflərə kömək göstərir: "Görməyə xüsusilə xoşdur ki, erməni mənşəli namizədlər Türkiyə parlamentinə deputat seçiliblər. Ermənistan və Türkiyə xalqları və hökumətləri arasında sülhün yaranmasına kömək etmək Britaniya hökumətinin xarici siyasətində prioritet təşkil edir."
Beləliklə, Baronessa Koksun soyqırım arzusu növbəti dəfə ürəyində qaldı. Lordlar Palatasında pərt olan ermənilərin sevimlisi çox məyus olub və suya düşən toyuq kimi suyu süzülə-süzülə parlamenti tərk edib. Dünyanın və Avropanın inkişaf etmiş ölkəsi olan Böyük Britaniya mədəni və diplomatik şəkildə erməniləri yerində otuzdurub.
Mənbə:> ANSPRESS