ABŞ 11 sentyabrın sirrini açdı
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 2001-ci il sentyabrın 11-də baş vermiş terroru ilə bağlı bir sıra məxfi sənədləri açığa çıxarıb.
ANS PRESS-in məlumatına görə, qurumun saytında dərc olunmuş materiallarda “xidmətin terrora qədər fəaliyyəti”ndən söhbət gedir və “müxtəlif tərəflərin agentliyin işi barədə baxışları əks etdirilir”.
Sənədlərin içərisində yer alan 500 səhifəli hesabatda terrorun qarşısını almağa mane olmuş sistem xətalarından bəhs edilib. Xidmətin 17 əməkdaşının məruzədə yer almış sözlərinə görə, ben Ladenin və “Əl-Qaidə”nin MKİ-də əməllərinə mane olmağa imkan verən plan olmayıb.
Məxfi sənədlərdə həmçinin həmin illərdə MKİ-yə rəhbərlik etmiş Corc Tanetin ünvanına da kəskin tənqid yer alıb. Sənədlərdə həmçinin Tanetin bu tənqidlərə cavabı yer alır. Tanet bildirir ki, 1999-2000-ci illərdə “Əl-Qaidə” tərəfindən planlaşdırılan kütləvi terror əməllərinin qarşısını alıb.
2001-ci il sentyabrın 11-də kamikadze terroristlər ələ keçirdikləri iki təyyarə ilə Nyu-Yorkda Ticarət Mərkəzinin binasına və Vaşinqtonda Pentaqonun binasına hücum etmişdilər. Nəticədə 3 min adam həlak olmuşdu.
Mənbə:> ANSPRESS