Ermənistanda əsgər analarının etirazı davam edir
İrəvanda qeyri-döyüş şəraitində həlak olmuş əsgərlərin anaları növbəti dəfə prezidentin ofisinin qarşısında etiraz aksiyası keçirib.
Oxu.Az epress.am saytına istinadla xəbər verir ki, əvvəlki aksiyalarda olduğu kimi polis yenə də aksiya iştirakçılarına qarşı güc tətbiq edib.
Polislər etirazçılar qarşısında canlı səd yaradıblar və onları prezident ofisinin qarşısından uzaqlaşdırıblar.
Əsgər anaları bildiriblər ki, onların tələbi əvvəlki kimi dövlət başçısı ilə görüşməkdir. Polislər əsgər analarına güc tətbiq edərək onları prezident ofisinin darvazasından uzaqlaşdırıblar.
Mənbə:> Oxu.Az