Donetskdə gərginlik döyüşlər başlayıb
Donetskin Tekstilşik qəsəbəsində açıq bazarın artileriya hücumuna məruz qalması nəticəsində yanğın baş verib. Əraziyə xeyli sayda yanğınsöndürən və təcili yardım əməkdaşları göndərilib. Xilasedicilər qarşı tərəfin Qrad raketi ilə hücum etdiyini bildirir.
Təmas xəttində eskalasiyanın böyüməsinə görə, Ukrayna höküməti, üsyançıları, qondarma rejim isə rəsmi Kiyevi təqsirləndirir. Ukrayna Ordu Baş Qərargahının bəyanatına əsasən, üsyançılar gecə yarısı başladıqları genişmiqyaslı hücuma 1 000 nəfərə yaxın döyüşçü, onlarla tank və aritileriya sistemi səfərbər edib.
Rəsmi Kiyev hücumun Fevralda razılaşdırılmış sülh sazişinin kobudcasına pozulması olduğunu bildirib. Üsyançıların komandanı Vladimir Kanonov isə döyüşçülərinin yalnız Ukrayna ordusunun hücumdan qorunmaq üçün müdafiə ölçüləri həyata keçirdiyini deyib
Mənbə:> ANSPRESS