II Yelizavetanın ölüm xəbəri yayıldı
Böyük Britaniya kraliçası II Yelizavetanın ölüm xəbəri yayılıb.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə məlumatı BBC müxbiri Amen Kavayya öz tviter səhifəsində yayıb.
Bu xəbərdən sonra ölkə gündəmi alt-üst olub. Müxbir əvvəlcə kraliçanın xəstəxanaya yerləşdirildiyini, sonra isə öldüyünü bildirib.
Bu tvitdən sonra məşhur kanallar II Yelizavetanın ölüm xəbərini yaymaya başlayıblar.
Cəld Bukinqem sarayının mətbuat xidməti işə keçib, ölüm xəbərini təkzib edib.
BBC şirkəti hər kəsdən üzr istəyib, jurnalistin tviterdə yazdıqları silinib.
Mənbə:> Qafqazinfo.az